Qəzaya uğrayan Tu-154- ün sirri çözüldü

10 Yanvar, 2017 10:35 | Siyasət | Baxış sayı: 109
"Tu-154" təyyarəsi
"Tu-154" təyyarəsi

Qara qutunun deşifrə olunması ilə pilotlardan birinin idarəetmədə səhvə yol verdiyi müəyyənləşib

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154”təyyarəsinin qəzaya uğramasının sirləri məlum olub. İstiPress Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmasına görə, pilotlardan biri idarəetmədə səhv edib.

Ekspertlər təyyarəyə məxsus olan "Qara Qutu"nu araşdıqdan sonra bu nəticəyə gəliblər.  Soçidəki aviaqəzada bir neçə faktlar ortaya çıxıb. Məlum olub ki, təyyarənin göyərtəsi normadan artıq yüklənib. Eyni zamanda ikici pilot Aleksandr Rovenski isə idarəetmədə yalnış düyməni seçərək səhvə yol verib. Pilot səhvini anlayandan sonra artıq gec olub. Pilotun xilasedici manevri isə yüklənmiş “Tu-154”-ün ağırlığına tab gətirmədiyindən, təyyarənin quyruğunu  qaldırmaq mümkün olmayıb. Nəticədə təyyarənin fuzelyajı suya düşərək dağılıb. 

TU-154-ün hərəkət trayektoriyası
TU-154-ün hərəkət trayektoriyası

Qeyd edək ki, dekabrın 25-də Moskvadan havaya qalxan və yanacaq doldurduqdan sonra Soçidən Suriyanın Lazkiya şəhərindəki Rusiya hərbi bazasına getməsi planlaşdırılan Tu-154 tipli təyyarə Qara dənizə düşüb. Rusiya Müdafiə Nazirliyinə aid təyyarədə 84-ü sərnişin və 8-i ekipaj üzvü olmaqla, ümumilikdə  92 adam həlak olub. Rusiya Müdafiə Nazirliyi təyyarənin Qara dənizə, Soçi sahillərinə 6 kilometr uzaqlıqda düşdüyünü təsdiqləyib.

"Tu 154" təyyarəsinə məxsus olan "Qara Qutu"
"Tu 154" təyyarəsinə məxsus olan "Qara Qutu"