Qənirə Paşayeva televiziya kanallarını sərt tənqid etdi

10 Yanvar, 2017 12:20 | Siyasət | Baxış sayı: 336
Qənirə Paşayeva - milət vəkili
Qənirə Paşayeva - milət vəkili

Deputat yerli kanallara baxmamağının səbəbini açıqladı

Millət vəkili,uzun illər ANS televiziyasında çalışan Qənirə Paşayevə Azərbaycan telekanallarının bugünkü durumunu sərt tənqid edib. Özünün facebook səhifəsində televiziyalarda hökm sürən yeknəsəklik və bəsit layihələrdən söz açan millət vəkili, bu gün televiziya sahəsində çalışmadığına görə şanslı olduğunu da qeyd edib. 

 "Bir az əvvəl açdım ki bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. İki-üç dəqiqə sonra verlişdə belə bir elan çıxdı."Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona "xoşbəxt olsunlar, sənin üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə "nə yaxşı ki, vaxtında getdin televiziyadan" dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır.

Bir çox insanlar tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz? Axı siz bu sahədən gəlibsiniz" deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, onu efirə çağırmayın deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir "Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin". Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah Qənirə xanımın üzünə baxanda utanırıq amma neyləyək" deyir.

Mən də uşaqlara narahat olmasın mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə.Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!".

Qeyd edək ki,ANS televiziyasının yayımı dayandırıldıqdan sonra, teleməkanda tarazlıq pozulub. Xəbər kanalının 6 aydır yayımda olmaması tamaşaçıya Azərbaycan efirinin durumunu təhlil etməyə bir növ şans verib. Çünki indiki halda televiziyalar rəqabətə ucuz şoularla çıxırlar ki,bu da tamaşaçı zövqünün korlanması ilə nəticələnir.