Pan Ki Munun ailəsi rüşvətxorluqda ittiham olunur

10 Yanvar, 2017 23:33 | Siyasət | Baxış sayı: 9
Pan Ki Munun ailəsi rüşvətxorluqda ittiham olunur
Pan Ki Munun ailəsi rüşvətxorluqda ittiham olunur

Söhbət Vyetnamda bina kompleksinin 800 milyon dollara satışından gedir

Nyu-York məhkəməsi BMT-nin keçmiş baş katibi Pan Ki Munun qardaşını və qardaşı oğlunu rüşvətxorluqda günahlandırır.

İstiPress "Reuters"ə istinadən xəbər verir ki, söhbət Vyetnamda bina kompleksinin 800 milyon dollara satışından gedir.

Pan Ki Munun qardaşı oğlu Çu Xyon Pan Nyu-Yrokda daşınmaz əmlakın satışı ilə məşğuldur. Pan Ki Munun qardaşı Pan Qi San isə Cənubi Koreyada böyük tikinti şirkətində baş məsləhətçidir.

Manhetten məhkəməsi hər iki şəxsi yaxın şərq ölkələrinin rəsmi nümayəndələri ilə böyük məbləğ qarşılığında qanunsuz razılaşma əldə etməsində ittiham edir.