Nurayın atası xalası ilə barışdı: "Uşaq onlarda qalacaq" - VİDEO, EKSKLÜZİV

10 Yanvar, 2017 18:49 | Siyasət | Baxış sayı: 351
Əvəz Bayramzadə Nurayın atası
Əvəz Bayramzadə Nurayın atası

"Uşağın da psixoloji problemi olmaz"

"Nurayın xalasıgillə barışdım. Uşaq onlarda qalacaq". Bunu İstiPress-ə Nurayın atası Əvəz Bayramzadə deyib. O, bildirib ki, uşağı nə vaxt istəsə görə bilər. “Mən özüm ailəm ilə fikirləşdim ki, belə məsləhətli olar. Həm də özüm də uşaq həkimiyəm. Həkimlər ilə razılaşdıq ki, belə məsləhətlidir. Nuray xalası ilə Qubada qalacaq. Uşağın da psixoloji problemi olmaz".

Ə.Bayramzadə əlavə etdi ki, Nuray nə vaxt istəsə ki, mənimlə qalsın o vaxtı da xalasından ayrıla bilər.

Qeyd edək ki, Əvəz Bayramzadə ötən gün İstiPress-ə danışaraq bildirmişdi ki, ikinci həyat yoldaşına arxalanaraq Nurayı istəyib. "Həyat yoldaşım ali savadlı müəllimədir. Öz həyat yoldaşıma arxalanıb o uşağı gətirirəm. Mən ixtisasca həkiməm və gecələr növbədə oluram. Əgər həyat yoldaşıma arxalanmasaydım, heç vaxt o uşağı tələb etməzdim. Sadəcə, görüş günləri alardım".

Əvəz Bayramzadənin İstiPress-ə müsahibəsi