Məktəb bombardman olundu

10 Yanvar, 2017 16:40 | Siyasət | Baxış sayı: 44
Səna, Yəmən
Səna, Yəmən

Ölən və yaralılar var

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin təyyarələri Yəmənin paytaxtı Sənada məktəb binasını bombardman edib.

İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bomdardman nəticəsində 8 dinc sakin həlak olub, 15 nəfər yaralanıb.

Koalisiyanın hava reydləri Səudiyyə Ərəbistanı ilə sərhəddə bir qadının da həyatına son qoyub.

Yəməndə silahlı münaqişə 2014-ci ildən davam edir. Bir tərəfdə eks prezident Əli Abdulla Salehiyə tabe olan ordu qüvvələri və “Ənsar Allah”dini qruplaşmasının üzvləri, digər tərəfdə isə prezident Əbdül Rəbbu Mənsur Hadiyə məxsus hökumət qüvvələri dayanır.

Hakimiyyətə havadan və qurudan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dəstək verir.