Malatyada FETÖ əməliyyatında 32 nəfər saxlanıldı

10 Yanvar, 2017 05:40 | Siyasət | Baxış sayı: 8
Malatyada FETÖ əməliyyatında 32 nəfər saxlanıldı
Malatyada FETÖ əməliyyatında 32 nəfər saxlanıldı

Saxlanılanlar vəzifələrindən kənarlaşdırılan müəllimlərdir

Türkiyənin Malatya şəhərinin 8 bölgəsində əməliyyatlar aparılıb. Nəticədə Fəthullahçı Terror Təşkilatı istintaqı çərçivəsində aparılan əməliyyatda nəzarətə alınan 34 nəfərdən 26-sı həbs olunub.

İstiPress "CNN Türk"ə istinadən xəbər verir ki, terrorla mübarizə şöbəsi tərəfindən aparılan əməliyyatlar zamanı saxlanılanlar vəzifələrindən kənarlaşdırılan müəllimlərdir. 

İfadələri alınanların 32-si məhkəməyə göndərilib, ikisi sərbəst buraxılıb. Məhkəməyə çıxarılan şübhəlilərdən 26-sı barəsində həbs qərarı verilib. Digər 6 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.