İtkin düşmüş türk əsgərləri evinə şəhid kimi döndü

10 Yanvar, 2017 02:35 | Siyasət | Baxış sayı: 47
İtkin düşmüş türk əsgəri evinə şəhid kimi döndü
İtkin düşmüş türk əsgəri evinə şəhid kimi döndü

Şəhidin cənazəsi Kilisə gətirilib və onun evindən böyük türk bayrağı asılıb

Türkiyə ordusu tərəfindən Suriyada keçirilən “Fərat qalxanı” antiterror əməliyyatının 98-ci günündə İŞİD terrorçuları tərəfindən qaçırılmış və türk hərbçilərinin 40 gündən çoxdur heç bir məlumat ala bilmədikləri əsgərlərin aqibəti məlum olub.

İstiPress-in "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan biri - çavuş Kıvanç Qaşıqçının şəhid olduğu dəqiqləşib. Onun şəhid olması haqda məlumatı ailəsinə Çanaqqala valisi Orxan Tavlı və qarnizon komandiri, kontr-admiral Təyyar Ertən verib.

Şəhidin cənazəsi Kilisə gətirilib və onun evindən böyük türk bayrağı asılıb.

İŞİD-in qaçırdığı digər əsgər Məhəmməd Duran Kəskinin də meyiti terrorçulardan geri alınıb.

Qeyd olunur ki, hər iki türk əsgəri ötən il noyabrın 29-da terrorçuların türk hərbçilərinin olduğu avtomobilə hücumu zamanı əsir götürülüb.