İki "Hizbullah" lideri terrorçular siyahısına salınıb

10 Yanvar, 2017 06:12 | Siyasət | Baxış sayı: 19
İki "Hizbullah" lideri terrorçular siyahısına salınıb
İki "Hizbullah" lideri terrorçular siyahısına salınıb

Onların ABŞ-da ola biləcək bütün əmlakının, hesablarının dondurulması qərarı verilib

ABŞ-ın xarici işlər nazirliyi "Hizbullah" terror təşkilatının liderlərindən olduğu iddia edilən Əli Damuş və Mustafa Muğniyəni qlobal terroristlər siyahısına əlavə edib.

İstiPress CNN-ə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratdığı əsas gətirilərək, amerikalıların da Damuş və Muğniyə ilə əlaqəsi qadağan edilib və onların ABŞ-da ola biləcək bütün əmlakının, hesablarının dondurulması qərarı verilib.

Məlumata görə, "Hizbullah"ın xarici əlaqələrini həyata keçirən Damuş, eyni zamanda Həsən Nəsrullahın da köməkçilərindən biridir. "Hizbullah"ın köhnə komandirlərindən Mustafa Bədrəddinin qardaşı oğlu və İmad Muğniyənin oğlu olduğu bildirilən Mustafa Muğniyə isə bir zamanlar silahlı qruplaşmanın Golan təpələrində əməliyyatlarını idarə edirdi.