Ərdoğan: "Türkiyə hücum altındadır"

10 Yanvar, 2017 15:27 | Siyasət | Baxış sayı: 51
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

"Türkiyə xaosun içərisində həm özü, həm də qardaşları üçün ən yaxşısını etməyə çalışır"

''Türkiyə içəridə və xaricdə böyük hücum altındadır. Bu hücumlar zəif ölkə olduğumuz üçün deyil, güclənn bir ölkə olmağımızdan qaynaqlanır". İstiPress-in Haberler.com-a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, bu gün ölkədə 3 milondan çox suriyalı və iraqlı qaçqın var və çətinliklər yaşnır. Amma bunlar öhdəsindən gəlinməyəcək çətinliklər deyil. 

"Dünənə qədər İŞİD-la mübarizədə ilk sırada olan ölkələr bu gün demək olarki terrorçuları himayə altına alacaq vəziyyətə gəliblər. Türkiyə bu xaosun içərisində həm özü, həm də qardaşları üçün ən yaxşısını etməyə çalışır. Əgər biz öz torpaqlarımızda rifahı təmin edə bilməsək, ətrafımızda sözlərimizin də bir mənası qalmaz. Millətimiz ölkəsinə sahib çıxdıqca, qarşımızdakıların əxlaqsızlıqları artır". 

Ərdoğan terrorla mübarizə aparıldığı bir zamanda ölkə iqtisadiyyatına da diqqət yetirilməli olduğunu deyib. Onun sözlərinə görə, əgər bütün diqqət terrora yönəldilərsə, iqtisadiyyat diqqətsiz qalarsa terrorun önü daha da açılmış olar.