Bu il Həccə gedənlərin sayı artacaq

10 Yanvar, 2017 11:13 | Siyasət | Baxış sayı: 17
Həcc ziyarəti
Həcc ziyarəti

Səudiyyə Ərəbistanı zəvvarların sayını 800 min nəfər çoxaltmaq niyyətindədir

Səudiyyə Ərəbistanı rəhbərliyi bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayını artırmaq niyyətindədir. Zəvvar sayının əlavə 800 min artırılaraq 2,6 milyona qədər çatdırılması planlaşdırılır.  İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tarifi məlumat verib.

Həcc işləri üzrə nazirlikdən verilən məlumatda qeyd edilir ki, bu il onlar əlavə 800 min artıq zəvvar qəbul edə biləcəklər. Bu isə əsas məscid olan Məscidül-Həramın sahəsinin böyüdülməsi ilə bağlı aparılan beş illik məhdudiyyətin aradan qaldırılmasından sonra mümkün olacaq. 

Ölkələrlə olan razılığa əsasən Səudiyyə Ərəbistanı Həcc ziyarəti mövsümündə müqəddəs məkanları ziyarət edə bilməsi üçün zəvvarların sayına görə müəyyən kvota təyin edir. 

Bir müddət öncə ikinci dəfə Həcc ziyarətinə getmək istəyənlərin əlavə ödəniş edəcəyi barədə də məlumatlar yayılmışdı.