Ali Baş Komandandan Ermənistan ordusuna "1 həftə" xəbərdarlığı

10 Yanvar, 2017 14:31 | Siyasət | Baxış sayı: 284
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi

Xarici yardım olmasa, ermənilər bir həftə bizim qarşımızda dura bilməyəcəklər.

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

"Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə bizim qarşımızda dura bilməyəcəklər", - dövlət başçısı bildirib.

İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası
İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası