Erməni deputat: Azərbaycan hərbçiləri Vardenisdə nahar edir, mağazalarda alver edir

09 Dekabr, 2020 11:11 | Siyasət | Baxış sayı: 153
Vardenis (Basarkeçər) şəhəri
Vardenis (Basarkeçər) şəhəri

Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki (Göyçə mahalında Basarkeçər şəhərindəki - red) restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.

İstiPress “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.

Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.

"Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük", - deyə İ.Tonoyan vurğulayıb.