DTX rəisi Əli Nağıyev Laçında Rüstəm Muradovla vəziyyəti müzakirə etdi

09 Dekabr, 2020 12:59 | Siyasət | Baxış sayı: 105

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.

İstiPress-in məlumatına görə, general-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.

Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.