Cəlilabadın başçısı vəzifəsindən azad edildi

09 Dekabr, 2020 11:37 | Siyasət | Baxış sayı: 89

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İstiPress-in məlumatına görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. N.Zeynalov həmin vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

Onun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmır, lakin dünən dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında həbs əməliyyatının keçirildiyi barədə xəbərlər yayılıb. Hələlik bu əməliyyat barədə rəsmi məlumat yoxdur.