Salome Zurabişvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir"

09 Dekabr, 2019 09:24 | Siyasət | Baxış sayı: 69
Salome Zurabaşvili
Salome Zurabaşvili

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb

TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.

IstiPress-in məlumatına görə, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.

Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub.

Salome Zurabişvili deyib: "Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir".