Rusiyada azərbaycanlı iş adamı həbs edildi

09 Dekabr, 2018 15:41 | Siyasət | Baxış sayı: 106
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Haqqında iki maddə üzrə cinayət işi başlanıb

Moskvada azərbaycanlı iş adamı Asif Babayev həbs edilib.

IstiPress “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, iş adamının rəhbərlik etdiyi zavodda saxta içki hazırlanırmış. Üstəlik gizli sexdə miqrantlar çalışırmış.

Hüquq-mühafizə orqanının əməkdaşları zavodda 77 min şüşə saxta içki aşkarlayıblar.

A.Babayev haqda iki maddə üzrə cinayət işi başlanıb.