Parisdə saxlanılanların sayı 1700-ü keçdi

09 Dekabr, 2018 12:59 | Siyasət | Baxış sayı: 130
Parisdə "sarı jiletlilər" aksiyası
Parisdə "sarı jiletlilər" aksiyası

Aksiyalarda 118 nəfər xəsarət alıb - onlardan 17-si polis əməkdaşıdır

Fransada "sarı jiletlilər"in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açılqmaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər. 

Fransa Daxili İşlər Nazirliyi bildirib ki, aksiyalarda 118 nəfər xəsarət alıb. Onlardan 17-si polis əməkdaşıdır.