Kremldən şok açıqlama: Rusiya SSRİ kimi dağıla bilər

09 Dekabr, 2018 16:58 | Siyasət | Baxış sayı: 265
Aleksey Kudrin
Aleksey Kudrin

Kudrin şok faktlar açıqlayıb

Hesablama Palatasının sədri Aleksey Kudrin hesab edir ki, əgər ölkə xarici siyasətlə daxili inkişafın zərərinə məşğul olacaqsa, Rusiya SSRİ nümunəsi üzrə dağıla bilər.

İstiPress-in məlumatına görə, "Qafqaz. Reallıqlar" saytının yaydığı xəbərdə belə deyilir.

Ümumrusiya vətəndaş forumunun açılışında çıxış edərkən Kudrin bildirib ki, Rusiyanın, "hansı ki, əvvəllər müəyyən ambisiyaları, ideologiyası və öz rolu ilə Sovet İttifaqı idi, yenidən qurulması çox çətindir”.

"Sovet İttifaqı sui-qəsdlərə görə yox, öz iqtisadiyyatının və siyasi sistemin inkişafının qeyri-mükəmməl modelinə görə dağıldı. Bunlar daxili problemlər idi. Onlar bu məğlubiyyətlərin mənbəyi oldular. Buna görə, əgər bu gün biz daxili səbəblərə - bizim müvəffəqiyyətli inkişafımızın amillərinə diqqət ayırmayacağıqsa, əgər biz bunu görməyəcəyiksə və vaxtında buna diqqət yönəltməyəcəyiksə, onda yenidən məğlubiyyətlərə uğrayacağıq", - Rusiya Federasiyası Hesablama Palatasının başçısı vurğulayıb.

"Bu mənada xarici siyasətdəki müvəffəqiyyətlər, hansıları ki, bəzən bizim aparıcı ölkələrin dairəsinə qayıdışımız kimi təqdim edirlər, illüziyadır, bir müddət dəstəklənə bilər", - Kudrin əlavə edib.

Onun sözlərinə görə, yəni Rusiya hakimiyyəti ölkənin çiçəklənməsi üçün iqtisadi əsas yaradana qədər...