Saakaşvili Ukrayna polisi tərəfindən saxlanılıb

09 Dekabr, 2017 09:16 | Siyasət | Baxış sayı: 93
Mixail Saakaşvili həbs edilən zaman
Mixail Saakaşvili həbs edilən zaman

Mixail Saakaşvili Ukrayna polisi tərəfindən saxlanılıb.

IstiPress-in məlumatına görə, o, müalicə üçün müraciət etdiyi xəstəxanada tutulub.

“Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar Saakaşvilinin tutulması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çadır şəhərciyinə hücum edir.

Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün “Facebook” səhifəsində yazıb ki, Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib: "Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır. Vəd etdiyimiz kimi, güc strukturları izafi güc tətbiqindən və qandan qaçmaq üçün əllərindən gələni ediblər.