Milli qürurumuzu Bayraq kimi dikəldən adam

09 Noyabr, 2020 13:35 | Siyasət | Baxış sayı: 221
Şuşa qalasında Azərbaycan bayrağı
Şuşa qalasında Azərbaycan bayrağı

Biz bu sevincli hadisəni 28 ildən çox gözlədik.

Düşmən şəhərdən qaçdı. Azərbaycanın unikal mədəniyyət mərkəzi Şuşa, muğamın beşiyi, bəstəkarların, şairlərin, filosofların və yazıçların vətəni yenidən bizimdir. Bu gün aydın oldu ki, tezliklə erməni ordusunun qalıqları Dağlıq Qarabağdan qaçacaq. 2020-ci il Qələbə ili, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ili kimi yadda qalacaq.

Məndə çoxdan bu var ki, ölkədə sevincli bir hadisə baş verəndə Azərbaycan üçün çox böyük işlər görmüuş bir adamı yada salıram. Heydər Əliyevin rəhbərliyi altında ölkədə yeni şəhərlər, yeni zavaod və fabriklər yarandı.  Kənd  təsərrüfatında məhsuldarlıq artdı. On minlərlə gənc insan Sovet İttifaqının ən yaxşı ali məktəblərində ali təhsil aldı.

Azərbaycana ikinci gəlişi ilə Heydər Əliyev qardaş qırğınının qarşısını aldı, dünyanın aparcı şirkətləri ilə müqavilə bağlandı, Azərbaycanı dizi üstdən qaldırdı. Həm də gözəl oğul tərbiyə etdi. Nədənsə bu barədə nə danışırlar, nə də yazırlar. Ölkə dahi azərbaycanlı son mənzilə yola salından sonra 2003-cü ildə xalq İlham Heydər oğlu Əliyevi öz Perzidenti seçdi. Çünki onun əfsanəvi aatasının yolunu davam edəcəyini bilirdi.

“Bakraboçi” qəzetinin redaksiyasının sifarişi ilə mən 2004-cü ildə “Azərbaycan xalqı öz seçimində səhv etmədi” başlıqlı məqalə yazdım. Məqalədə deyirdim ki, məhz İlham Əliyev prezidentliyə layiq olduğunu bir il boyunca gördüyü işlərlə sübut etdi. Artıq onda məlum idi ki, bizim Prezident öz işində nəyi əsas sayır. O, Dağlıq Qarabğın və düşmən tərəfindən tutmuş rayonların tam azad edilməsi, məcburi köçükünlərin öz ocaqlarına qaytarılmasına öz işinin əsas prioriteti kimi müəyyən etmişdi.

Xalqın həyat səviyyəsinin qaldırılması ilə yanaşı döyüş qabiliyyətli ordu da yaratmaq və onu ən çağdaş hərbi texnika ilə təmin etmək lazım idi. Təhsilcə diplomat olan İlham Heydər oğlu Əliyev ATƏT-in Minsk qrupunun danışıqlar prosesinin hiylələrini gözəl anlayırdı. Danışıqlar gah gedir, gah da özünü Azərbaycanla müharibədə qalib sayan İrəvanın istəyiylə kəsilirdi. Bizim Prezident tələsmirdi, zamanın gəlməsini gözləyirdi. Və həmin zaman gəldi və Ali Baş Komandan orduya əmr verdi.

Bizim ordu düşmənin üzərinə getdi, baxmayaraq ki, 30 il ərzində ermənilər çox möhkəmlənmiş səngərlər yaratmışdılar. Azərbaycan artilerriyası çox gözəl işlədi və ermənilərin müdafiə sədddini dağıtdı. Bundan sonra bizim piyadalar hərəkətə keçdi. Daha sonra ermənilər bütün iri ölkələrə yalvarmağa başladılar ki, xilas edin azərbaycanlılar bizi qırır. Erməni KİV-lərinin yazdığına görə, Moskva ilə İrəvan arasında telefon əlaqəsi yüklənmişdi. Paşinyan və onun komandası ümid edirdilər ki, Rusiyanı bu müharibəyə cəlb edəcəklər. Bunun üçün Azərbaycanın dincə şəhərlərini vururdular. Heç nə alınmadı. Rusiya bəyan etdi ki, müharibə Azərbaycan  ərazisində gedir.

Gərək qeyd edək ki, bizi yalnız qardaş Türkiyə dəstəklədi. ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədr dövalətlər özlərini çox qəribə apardılar. Fransanın erməni mənşəli prezidenti Makron bəyan etdi ki, o istəmir ki, Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altına keçsin. ABŞ prezidenti Donald Tramp birdən-birə  erməniləri tərifləməyə başladı, yəqin seçkidə onların səsinə ehtiyacı vardı.

Kreml də bizi məyus etdi, bəyan etdi ki, 30 illik danışıqların nəticə verməməsi atəş açmaq üçün səbəb deyil. Rusiya daha nə qədər gözləmək lazım olduğunu isə dəqiqləşdirmədi. Amma Moskvanın özü bu cür məsələləri çox sürətlə həll edib. Mənim yadımdadır, Çeçenistanda baş vermiş hadisələr zamanı mən sovet generalı Dudayevlə söhbət etmişdim, xalq onu öz lideri sayırdı. O mənə bu sözləri dedi: “Biz Rusiya ilə müharibə istəmirik. Bizi çox şey birləşdirir. Sadəcə müstəqil yaşamaq istəyirik”. Onun axırı necə oldu, hamı yaxşı bilir.

Dünən bizim Prezident xalqa qələbə müjdəsi verəndə mən küçəyə çıxdım. Bizim ordunun və Prezidentin ünvanına nə qədər xoş və həyəcənlı sözlər vardı. Əlbəttə, bu azadlıq mübarizəsində iştirak etmiş etmiş hər kəs təltif edilməlidir. Amma bizim prezidentə Azərbaycanın Milli Qəhrəmapnı adı verilməlidir. Gərgin iş görərək, Qarabağı azad tediyinin görə. O, buna layiqdir.

Bütün bunlara görə, sizə böyük təşəkkür düşür, çox sevimli Prezident. Sizə möhkəm can sağlığı, bütün işlərinizdə uğur diləyirəm. Lütfən, uzun yaşayın, Azərbaycana çox lazımsınız!

Mais Məmmədov

əməkdar jurnalist