Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

09 Noyabr, 2019 10:50 | Siyasət | Baxış sayı: 44
Mehriban Əliyeva
Mehriban Əliyeva

Birinci vitse-prezident şəxsi "İnstagram" hesabında videoçarx da paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezidentin təbrikində deyilir:

“Əziz həmvətənlər!

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın! Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!”

9 noyabrla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi "İnstagram" hesabında videoçarx da paylaşıb.

Həmin videoçarxı təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

#Azerbaycan #bayraq #ilhamlaazerbaycan

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)