Nazirdən sürpriz addım

09 Noyabr, 2018 16:11 | Siyasət | Baxış sayı: 313

Dövlət Bayrağı günü qeyri-adi keçirilib

Azərbaycanın Dövlət Bayrağı günündə müdafiə nazir Zakir Həsənov hərbi qulluqda olan əsgərləri və valideynlərini sevindirib. Nazirin əmrilə ölkənin bütün hərbi hissələrində "Açıq qapı" günü keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Açıq qapı"dan əvvəl şəxsi heyət yürüş əllərində bayraq 5 km yürüş edib. Qusar sakinləri bunu çox sevinclə qarşılayıblar. 

"Açıq qapı" çərçivəsində isə Müdafiə Nazirliyinin Qusarda yerləşən hərbi hissəsində də bu gün qələbəlik olub. Paytaxtdan və respublikanın ayrı-ayrı bölgələrindən gələn valideyn və doğmaları əsgər övladlarılə bolluca görüşmək şansı əldə ediblər.

Valideynlər əsgərlərin məişət və istirahət və xidmət şəraitilə yaxından tanış olub, övladları ilə əsgər yeməyinin dadına baxıblar. Möhtəşəm bayram konserti iştirakçılara ərməğan edilib, Azərbaycan Bayrağının tezliklə əzəli Qarabağda dalğalanması arzu edilib.

Qusardakı"Açıq qapı"da valideynlər belə görüşlər təşkil etdiyinə görə birbaşa  müdafiə naziri Zakir Həsənova minnəydarlıq ediblər.Çünki,əsgərin valideynlərlə davamlı görüşü onun nümunəvi  xidmət etməsinə stimul verir.

Növbəti "Açıq qapı"nın yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi ərəfəsində  olacağı deyilir.