Hərbi hissədə Bayraq bayramı

09 Noyabr, 2018 10:25 | Siyasət | Baxış sayı: 119

Əsgərlərinin möhtəşəm gəlişi yaddaqalan olub

Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə Qubada keçirilən mərasim Daxili Qoşunıarın rayondakı hərbi hissəsi əsgərlərinin möhtəşəm gəlişilə yadda qalıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hərbçilər Azərbaycanın Dövlət Bayrağını xüsusi coşqu ilə mədəniyyət mərkəzinə gətirib və iştirakçılar qarşısında hərbi marş keçidi ediblər.

Quba icra başçısı Ziyəddin Əliyev Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə hər bir rayon sakinini təbrik edib, bu günün yaranma tarixindən danışıb. Çıxışlarda da Azərbaycanın Dövlət Bayrağı gününün bayram kimi qeyd edilməsinin milli atributlarımıza verilən yüksək qiymət kimi dəyərləndirilib.