Azərbaycanlı milyarderin böyük qələbəsi

09 Noyabr, 2018 12:18 | Siyasət | Baxış sayı: 304
Tatyana Ənmədova
Tatyana Ənmədova

Boşanmış xanımı ondan 500 milyon dollar istəyir

Dubay məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun 115 metrlik superyaxtası «Lüna»nı onun arvadı Tatyanaya verməkdən imtina edib.

İstiPress-in məlumatına görə, məhkəmə həmçinin Tatyana Əhmədovanın keçmiş ərinin məhkəmə ilə bağlı çəkdiyit vəkil xidməti xərclərini də ödəməsini vacib görüb. «Luna» hələ də Birləşmiş Ərəb Əmirliklərinin Rəşid limanında saxlanır.

Tatyana Əhmədova London məhkəməsinin qərarı ilə 492 milyon dollar dəyəri olan «Luna»ya iddia edirdi. Bu, məhkəmə qərarı dünyanın ən bahalı boşanması sayılırdı.

"Forbes"in siyahısına görə, Fərhad Əhmədovun varidatı 1,4 milyard dolar təşkil edir.