Şok iddia - mutantlar doğulmağa başladı

09 Noyabr, 2017 09:25 | Siyasət | Baxış sayı: 351
Uşaq
Uşaq

Raket, nüvvə sınaqlarının təsiri gün üzünə çıxdı

Şimali Koreyada bir-birinin ardınca həyata keçirilən nüvə silahı, ballistik raket sınaqlarından sonra şok iddialar səslənməyə başlayıb. İstiPress-in məlumatına görə, bu sınaqların artması nəticəsində ölkədə patalogiyalı uşaqların doğuş səviyyəsi də çoxalıb.

Cənubu Koreya qəzetlərindən birinə açıqlama verən şimali koreyalı qaçqının sözlərinə görə, sınaqların aparıldığı bölgələrin yaxınlıqlarındakı xəstəxanalarda mutasiyaya uğrayan körpələrin doğulması ilə bağlı qeydiyyatlar da var. 

İddiaya görə, radiasiya yeraltı sularla yayılıb. Bəzi su mənbələri isə ümumiyyətlə quruyublar. Nəticədə əhali məcburi şəkildə başqa yerlərdən su gətirtməli olur. 

Şimali Koreyadan 2010-cu ildə qaçmağı bacaran başqa bir şəxs isə 2 nüvə sınağında iştirak etdiyini deyib. "2006 və 2010-cu illərdəki sınaqlarda ancaq hərbçi ailələri təxliyyə edilirdi. Onlar yeraltındakı sığınacaqlarda gozlənirdilər. Digər sakinlər isə ümumiyyətlə hər hansı sınaqdan xəbərsiz olublar. 

Qəzetə açıqlama verən Şimali Koreya qaçqınları sınaqların təbiətə də mənfi təsirlərinin olduqca çox olduğunu deyiblər. Poliqon yaxınlığındakı ərazilərdəki sularda balıqlar yox olub, meşəliklərin isə 80 faizindən çoxu məhv olub.