Rusiyadan şok təhdid - Bağlayarıq!

09 Noyabr, 2017 13:45 | Siyasət | Baxış sayı: 494
ABŞ və Rusiya bayraqları
ABŞ və Rusiya bayraqları

CNN-nin "başı" ağrıyacaq

Rusiya münasibətlərinin gərgin olduğu ABŞ-ı təhdid edib. İstiPress-in məlumatına görə, Federasiya Şurasının üzvi İqor Morozov CNN kanalının Rusiyada yayımına qadağa qoyula biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, əgər ABŞ distribyuterlərə rus kanllarını öz şəbəkəllərinə qoşmağı qadağan edərsə, Rusiyada anoloji addım ata bilər. 

"Əgər qanun qəbul edilərsə, Rusiya Amerika konqresinin fəaliyyətinə uyğun tədbir  görəcək. CNN dərhal Rusiyada informasiya vakkumuna və təcridinə düşəcək. Onun istənilən yolla, o cümlədən kabel televiyzası paketində efirə çıxmasına qadağa qoyulacaq". 

Xatırladaq ki, rus kanallarının Amerikada şəbəkədən çıxarılması təklifinin irəli sürülməsinə səbəb kimi ABŞ-a mətbuat vasitəsi ilə təzyiq edilməsi göstərilir.