Nənə yeni doğulmuş nəvəsini yanan sobaya atıb

09 Noyabr, 2017 16:55 | Siyasət | Baxış sayı: 316
Rus kəndində odun sobası
Rus kəndində odun sobası

Oğlu ilə dükana getmək anaya baha başa gəlib

Qazaxıstanın şimalında yerləşən Dubrovnoe kəndindən 62 yaşlı qadın yeni doğulmuş nəvəsini sobaya atıb.

İstiPress-in “Sputnik Kazaxstana” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman uşağın anası doqquz yaşlı oğlu ilə birlikdə mağazaya gedibmiş və uşağı nənəsinin yanında qoyubmuş. Dükandan geri qayıdan oğlan bacısını sobanın içində tapıb.

Qatil qadını 20 ilə qədər həbs cəzası gözləyir. O, artıq həbs edilib və cinayət işi qaldırılıb. Yerli mətbuatın yazdığına görə, 62 yaşlı qadın uzun müddət içkidən əziyyət çəkirmiş. Amma qətldən öncə o, içkini atmaq qərarına gəlibmiş. Qadının uşağa aqressiv yanaşmasının səbəbi bilinmir.