İsrail savaşa hazırlaşır, 100 qırıcı havada

09 Noyabr, 2017 11:13 | Siyasət | Baxış sayı: 793
Qırıcılar
Qırıcılar

Hədəf torpaqların 65 faizinə girərək bazaları məhv etməkdir

İsrail savaşa hazırlaşır. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 100 qırıcı ilə təlim keçən İsrail Livana hücum edəcək. İddiaya görə, hədəf Livan torpaqlarının 65 faizinə daxil olaraq Hizbullaha məxsus bazaları ələ keçirməkdir.

Bu iddiaların yayılmasına səbəb isə ölkənin tarixindəki ən böyük təlimlərə başlaması olub. Savaşla bağlı iddialar bununla bitməyib. Məlumata görə, İsraillə eyni zamanda ABŞ-ın rəhbərliyi ilə yaradılan ittifaq da Yəmən və Qətərdə əməliyyat keçirəcək. Plana görə, körfəzdən İraq və Suriyaya uzanan xətt boyunca məzhəb münaqişələri başlayacaq, bir çox ölkənin xəritəsi dəyişəcək. 

İsrailin başladığı təlimin də bu planın hazırlığının son mərhələsi olduğu bildirilir. "Yeni Şafak"ın əldə etdiyi məlumata görə, İsrail Ordusunun şok hücum dalğası və sonradan başlayacaq quru hərakatı ilə "Hizbullah"ın varlığına son verilməsi nəzərdə tutulur. 

Paralel olaraq Səudiyyə Ərəbistanının dəstəklədiyi mülki qruplar şiyələrin yaşadığı ərazilərdə hücumlar təşkil edəcək və vətəndaş müharibəsi ortamı yaradılacaq. Hizbullah eyni anda həm İsrail, həm də daxildəki qüvvələrlə mübarizə aparmağa vadar olacaq.

İsrail və Səudiyyənin bu planı cavabsız qalmayacaq. Ehtimal edilir ki, İran Bəhreyndəki şiyələri ayağa qaldıraraq hücumlara cavab verəcək. Eyni zamanda Yəməndəki müxalif güclərə də göstərilən dəstək artırılacaq.