Ərəbistanı qarışdıran tvit - Kral dəyişir?

09 Noyabr, 2017 12:08 | Siyasət | Baxış sayı: 138
Şahzadə Məhəmməd
Şahzadə Məhəmməd

Mesaj sosial şəbəkədə paylaşılıb

Bir tvit son günlərdə şahzadələrin, milyarderlərin, keçmiş nazirlərin kütləvi həbsi ilə gündəmə gələn Səudiyyə Ərəbistanını qarışdırıb. İstiPress-in məlumatına görə, İran mediasında yer alan məlumatda qeyd edilir ki, "El Arabiya" vəliəhd şahzadə Məhəmməd bil Salmanın kral təyin edilə biləcəyi barədə mesaj paylaşılıb. Ancaq tvit bir neçə saat sonra silinib. Mesajın nə üçün silindiyi bilinmir. 

Şahzadə Salman Səudiyyədəki bənzəri görünməmiş korrupsiya əməliyyatının arxasındakı şəxsdir. Yayda vəliəhd şahzadə olan Salman iqtidarına mane ola biləcək hər kəsi aradan götürür. 

2015-ci ilə kimi Məhəmməd bin Salmanın adı ölkəsindən kənarda eşidilməmişdi. İki il öncə atası  sələfinin yerinə taxta keçdikdən sonra şahzadə ölkənin ən önəmli fiqurlarından biri oldu. Ötən il o ölkənin istiqsadi və sosial quruluşuna ciddi təsir edəcək inkişaf planını hazırlayıb.

İyul ayında Səudiyyə kralı gələcəkdə taxta çıxması gözlənilən qardaşı oğlu Məhəmməd bin Nayifin yerinə öz oğlunu təyin edib. 

Bin Salman bir müddət öncə ölkəsini "daha mülayim şərtli islama" geri qaytaracağını açıqlamışdı. Son zamanlar ölkədə qadınların hüquqularının  artırılmasında ( sürücülük hüququ verilməsi, stadionlara girərək yarışları izləmək icazəsi) onun rolunun olduğu deyilir.

Xatırladaq ki, korrupsiyada ittiham edilərək tutulanlar arasında çox milyardlıq sərvəti ilə dünyanın ən zəngin insanları arasında öncül yerlərdən birini tutan şahzadə El Valid bin Tallal da var.