Yoluxanların sayı 200-ü keçdi

09 Oktyabr, 2020 16:56 | Siyasət | Baxış sayı: 222
Koronavirus testi
Koronavirus testi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda yoluxanların sayı 527, Ermənistanda isə 614 nəfərdir.