Makron Prezident İlham Əliyevə zəng edib

09 Oktyabr, 2020 15:58 | Siyasət | Baxış sayı: 602

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.