Gürcülər bu mahnı ilə Azərbaycana dəstək oldu - VIDEO

09 Oktyabr, 2020 10:19 | Siyasət | Baxış sayı: 133

Gürcü musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

IstiPress-in məlumatına görə, 6 ifaçı bir araya gələrək məşhur “Ayrılıq” mahnısını ifa ediblər.

Onlar bununla da, son dövrlər Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrdə ölkəmizə həmrəyliklərini bildiriblər. Videonun girişində Azərbaycanın uğurlarına sevindikləri də qeyd olunub:

“Bu ölkə hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur. Sevgili Azərbaycan, bu mahnı bizdən, sizin gürcü bacı-qardaşlarınız adından sizin üçün səslənir”.