Erməni general Azərbaycana casusluq ittihamı ilə tutuldu

09 Oktyabr, 2020 11:27 | Siyasət | Baxış sayı: 1770
Levon Heranosyan
Levon Heranosyan

Ermənistan daxili qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Levon Heranosyan işğal altındakı Dağlıq Qarabağa gələrkən yolda həbs edilib.

İstiPress "Lragir"ə istinadən bildirir ki, bu barədə "Qraparak" qəzeti yazıb və həbsin təfərrüatların hələ məlum olmadığını bildirib. 

Politik.am erməni saytı isə onun Azərbaycana casusluq etməkdə ittiham edildiyini bildirir: “Bizim mənbə bildirir ki, Yeranosyan “satqınlar” işi çərçivəsində saxlanılıb. Hər hansı başqa təfərrüatlar hələlik məlum deyil. Əcinnə ovu başladı?”,- deyə erməni saytı yazır.

General-mayor Levon Heranosyan Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak edib, motoatıcı briqadanın komandir müavini olub. Daha sonra ordu korpusunun komandiri olub. 2012-ci ildə daxili qoşunlara komandir keçirilib.