Düşmənin Bərdə və Mingəçevirə atdığı raketlər göydə vuruldu

09 Oktyabr, 2020 15:38 | Siyasət | Baxış sayı: 937

Oktyabrın 9-u günorta saatlarında düşmən Bərdə və Mingəçevir şəhərlərinə raketlərlə atəş açıb.

İstiPress-in məlumatına görə, düşmənin atdığı raketlər Azərbaycan Ordusu tərəfindən dəqiq zərbələrlə məhv edilib. Raketlərin qalıqları Bərdə rayonunun Həsənqaya kəndinə düşüb. Nəticədə 3 inək tələf olub, 2-si isə yaralanıb.

Hazırda döyüşlər davam edir.