Qobuda şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi

09 Oktyabr, 2019 09:20 | Siyasət | Baxış sayı: 69
Prezident şəhid ailəsinin evində
Prezident şəhid ailəsinin evində

İlham Əliyev məmnuniyyətlə dəvəti qəbul edib

Ötən gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksində məskunlaşan şəhid ailəsi açılışda iştirak edən prezident İlham Əliyevi və xanımını oğlunun toyuna dəvət edib.

Preident xanımı ilə birlikdə Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olub, onun ailə üzvləri ilə görüşüb söhbət ediblər. "İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz", deyə ev sahibi dəvətini çatdırıb. 

Gənci təbrik edən İlham Əliyev toyun tarixini Mehriban Əliyevaya deməyi tapşırıb. "Məmnuniyyətlə gələrik".