Paşinyan ölkədən qaçanların dərdini "çəkməyə" başladı

09 Oktyabr, 2019 11:05 | Siyasət | Baxış sayı: 127
Paşinyan Qarabağda
Paşinyan Qarabağda

Erməni nazirə xatırlatma: "Halva halva deməklə ağız şirin olmaz"

“Bizim soydaşlarımız sərhəddən kənarda özlərini təhlükəsizlikdə hiss etmirlər. Nəinki ancaq fiziki, həm də hüquqi cəhətdən”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin nümayəndələri ilə görüşü zamanı deyib. Bu barədə “Sputkin Armeniya” məlumat yayıb.

Paşinyan iddia edir ki, insanlar əksər hallarda tarixi torpaqlarını sosial problemlərə görə yox, ədalətin olmaması səbəbindən tərk edirlər. “Bunun üçün də mən sizə müraciət edirəm”.

Politexnoloqlar dərhal baş nazirə ölkədəki qiymət artımı, işsizlik, iqtisadi böhran barədə xatırladıblar.  Ölkədə həyat hər ay daha da ağırlaşır. Bunun üçün də qaçanların, ölkəni birdəfəlik tərk etmək istəyənlərin sayı dayanmadan artır. Ekspertlərin proqnozlarına görə, Rusiyanın nəql etdiyi qazın qiymətinin bahalaşması ölkə əhalisini daha da çətin vəziyyətə salacaq.

Xatırladaq ki, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə mavi yanacağın qiyməti barədə danışmaq cəhdlərinə baxmayaraq, onu nəzakətlə “Qazprom” rəhbərliyinin üstünə göndəriblər.

Buna baxmayaraq erməni nazir imkan düşən kimi ölkə iqtisadiyyatının yüksəlişindən danışır. Bunun üçün də politoloqlar məşhur deyimi xatırladırlar – "Halva halva deməklə ağız şirin olmaz".  

Bundan başqa ölkə sakinlərini təmas xəttindəki vəziyyət, erməni hərbçilərin ölümü və yaralanması çox narahat edir. Bunun üçün onlar çalışırlar ki, mümkün qədər tez öz övladlarını Ermənistandan uzağa göndərsinlər. Qorxurlar ki, hər an savaş başlaya bilər.