Keçmiş baş nazir danışdı: “Hər şey artıq deyilib...”

09 Oktyabr, 2019 09:27 | Siyasət | Baxış sayı: 217
Novruz Məmmədov
Novruz Məmmədov

Novruz Məmmədov istefasından danışdı

“Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib”.

İstiPress-in məlumatına görə, bunu modern.az-a qısa açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov istefaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd  edib ki, əlavə nəsə danışması doğru deyil: “Bu gün Milli Məclisdə Baş nazir məsələsi  ətrafında daha ətraflı danışıldı. Milli Məclis üzvləri  fikirlərini bildirdilər. Mənim əlavə nəsə danışmağım doğru olmaz”.

Xatırladaq ki, ötən gün prezidnetin sərəncamı ilə Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən azad edilib.  O, 2018-ci il aprelin 21-dən bu postu tuturdu.
Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Əsədov Əli Hidayət oğlu onun yerinə təyinat alıb.