Ərdoğan Putinə zəng etdi

09 Oktyabr, 2019 16:47 | Siyasət | Baxış sayı: 105
Ərdoğan və Putin
Ərdoğan və Putin

İki lider Suriya əməliyyatından danışdılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı valdimir Putinə zəng edib. İstiPress-in məlumatına görə, iki lider Türkiyənin Suriyada həyata keçirməyə hazırlaşdığı hərbi əməliyyatları müzakirə ediblər.

Ərdoğan Fərat çayının sahilindəki bu əməliyyatın Suriya xalqının rifahı və sülhə kömək edəcəyini deyib.

Onun sözlərinə görə, Suriya xalqının maraqlarının və haqlarının qorunması  Türkiyə üçün əsas ünsürdür.  Ərdoğan bu sahədəki mövqeyinə görə Putinə təşəkkür edib. 

Xatırladaq ki, bundan öncə ABŞ Türkiyənin Suriyada planlaşdırdığı əməliyyata dəstək verməyəcəyini açıqlayıb. Hətta prezident Donald Tramp ölkəni iqtisadiyyatını məhv etməklə hədələyib.

"Daha öncə də dediyim kimi bir daha qeyd edirəm ki, əgər Türkiyə qoyulan sərhədləri keçərsə mən onun iqtisadiyyatını tamamilə məhv edəcəm. Necə ki, daha öncə etmişdim".