Silah və hərbi texnika qış rejiminə keçdi VİDEO

09 Oktyabr, 2018 08:50 | Siyasət | Baxış sayı: 33
Qış reejiminə keçid
Qış reejiminə keçid

Hərbi texnikanın fasiləsiz işləməsi üçün hərbi hissələrə zəruri ehtiyat hissələri və avadanlıqlar verilib

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesi aparılır.
Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilib, onlara planlı şəkildə qulluq göstərilib.

Qış istismar rejiminə keçid soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə icra olunub.