Paşinyanın arvadı Qarabağ şousuna qoşulmayan rus jurnalistləri təhqir etdi

09 Oktyabr, 2018 10:31 | Siyasət | Baxış sayı: 240
Paşinyan arvadı Anna Akopyanla
Paşinyan arvadı Anna Akopyanla

Akopyanın konyak və kababla bitən sülh tədbiri heç kimi maraqlandırmadı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı qəfildən Rusiya mətbuatını tənqid etməyə başlayıb. Buna səbəb isə rusiyalı jurnalistlərin Anna Akopyanın Azərbaycanın işğal edilən ərazilərinə səfər şousunda iştirakdan imtina etməsi olub.

“Hərbi əməliyyatlar gedəndə burada Rusiya, Azərbaycan, Ermənistan və s ölkələrdən xeyli jurnalist olub. Amma bizim tədbirimiz yeni müharibənin qarşısını almağa yönəlib. Çox təəssüf ki, rusiyalı jurnalistlər buna heç bir reaksiya vermədilər”.

Paşinyanın arvadı həddini aşır. O özü yaxşı bilir ki, bu ərazidə sülhün olması üçün nə etmək lazımdır. Sadəcə Ermənistan ordusunu işğal etdikləri ərazidən çıxarmaq.

Erməni mətbuatı yazır ki, o özü uzun müddət sensasiya axtarışı ilə məşğul olan qəzetlərdə işləyib. Onun Rusiyadan bir neçə xanımla birlikdə olan demarşı demək olar ki, heç kimin diqqətini cəlb etməyib. Bunun üçün də Akopyan rusiyalı jurnalistlərin ünvanına xoşagəlməz sözlər deyib. 

"Tədbir" erməni konyakı ilə kabab yeməklə başa çatıb. Paşinyanın arvadı da özü kimi piar vurğunudur. Əlbətdə o bu tədbirə böyük ümidlər bağlamışdı. Amma təssüf... Alınmadı. Qarabağ şousus hətta Ermənistanın özündə belə diqqətsiz qaldı. 

 

Azərbayacan XİN bildirib ki, bu şou ancaq daxili auditoriya üçündür. Ermnilər üçün  

Enter some text