Tramp N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyini ona bildirdiyini deyib
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli istefaya gedib.
İstiPress-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp artıq Heylinin istefasını qəbul edib.
Donald Tramp N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyini ona bildirdiyini deyib.
Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ilin sonunda istefaya gedəcək.
D.Tramp həmçinin N.Heylinin Ağ Evdə vəzifəyə təyin olunacağını istisna etməyib: “O, mükəmməl işləyirdi”.
Qeyd edək ki, N.Heyli 2017-ci il yanvarın 27-dən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.
Xaricdən Paşinyana təsir göstərib sülhdən vaz keçməsini isətyirlər
Mədəniyyət Nazirliyinə tapşırıqlar veriılib
"Konfetlər Ermənistana gömrük rüsumu tətbiq edilməyən 25-50 kq-lıq partiya ilə daxil olub”
67 işçi istefa verəcəyini bəyan edib
Jurnalist “Lazarev klubu”da Qarabağ separatçılarının iştirak edəcəyini deyib