Türkiyə-ABŞ toqquşması: həbs dalğası genişlənir

09 Oktyabr, 2017 17:30 | Siyasət | Baxış sayı: 399
ABŞ-ın İstanbuldakı Baş Konsulluğu
ABŞ-ın İstanbuldakı Baş Konsulluğu

Türkiyə-ABŞ arasında gərginlik yüksəlib

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barəsində həbs qərarı verilib. 

İstiPress türk mətbuatına istinadən xəbər verir ki, barəsində həbs qərarı verilən şəxsin həyat yoldaşı və uşağının ifadələri alınıb. 

Qeyd edək ki, Türkiyənin ABŞ konsulluğunun nümayəndəsi Metin Topuz barəsində verilən həbs qərarından sonra Türkiyə-ABŞ arasında gərginlik yüksəlib, iki ölkə arasında qarşılıqlı olaraq viza verilməsi təxirə salınıb.