Rusiya hərbi gəmilərini Xəzərə çıxardı

09 Oktyabr, 2017 11:00 | Siyasət | Baxış sayı: 65
Rusiya hərbi donanması
Rusiya hərbi donanması

Sahildə, suda və havadakı hədəflərə atəş açılacaq

Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu gün səhər Rusiyanın Xəzər donanması həyacan siqnalı ilə qaldırılıb.

20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və artilleriya gəmiləri, habelə desant katerləri iştirak edir.

Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyevin məlumatına görə, təlimə qatılan gəmilər arasında raket gəmiləri "Dağıstan", Tatarıstan", artileriya gəmiləri  "Uqliç", "Velikıy Ustyuk" və s. var. 

"Dənizdə gəmilər suda, sahil və havada olan hədəflərə kompleks raket və artileriya atəşi edəcəklər. Bundan başqa gəmilər bir sıra hərbi tapşırıqları icra edəcək, sutkanın müxtəlif vaxtlarında birgə üzməni sınaqdan keçirəcəklər".