Qırğızıstanda seçkiqabağı təhlükə

09 Oktyabr, 2017 15:58 | Siyasət | Baxış sayı: 58
Qırğızıstan
Qırğızıstan

Ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr aşkarlanıb

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçkilərə 13 namizəd qatılsa da, onların ikisi sonradan namizədliklərini geri götürüblər.

Sabiq baş nazir Sooranbay Jeenbekov seçkilərin favoriti sayılır. Son rəy sorğularına görə, qırğız seçicilərin 40,4 faizi onu dəstəkləyir.

Qırğızıstan rəhbərliyi prezident seçkiləri öncəsi ölkədə qarışıqlıq yaratmaq istəyən  qüvvələri aşkarlayıb. Bəyanatda deyilir ki, bir millət vəkili saxlanılıb.