İŞİD-i məhv etməyin tək yolu

09 Oktyabr, 2017 18:10 | Siyasət | Baxış sayı: 241
İŞİD üzvləri
İŞİD üzvləri

“Bu təhlükə ilə yalnız birlikdə, koordinasiya olunmuş şəkildə mübarizə apara bilərik"

Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrinə çağırış edib.

İstiPress Hurriyyet-ə istinadən xəbər verir ki, baş nazir bütün dövlətlərindən qəzəblərini və fərqliliklərini bir kənara buraxaraq, sivilizasiyaya meydan oxuyan İŞİD və digər terror təşkilatlarına qarşı birləşməsini istəyib.

O, terrorun yayılmasının gerçək bir dünyəvi təhdid olduğunu bildirib: “Bu təhlükə ilə yalnız birlikdə, koordinasiya olunmuş şəkildə mübarizə apara bilərik. Təbii ki, beynəlxalq hüquqlara uyğun şəkildə… Tək yol budur.”