Qarabağda böyümüş iki əsas erməni quldur baş nazir Nikol Paşinyana qarşı birgə mübarizə aparmaq qərarına gəliblər.
Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan - Qarabağ klanını iki təmsilçisi ümumi siyasi düşmənləri Nikol Paşinyana qarşı yeni strategiya müəyyən ediblər. Bu barədə erməni qəzeti “İrates” yazır.
Hər ikisi indiki hakimiyyətə qarşı mübarizədə ümumi strategiya barədə razılaşbılar, qərara alıblar ki, bir-birlərinə zərbə vurmasınlar - mövcud Paşinyan hakimiyyəti onların ümumi hədəfidir. Koçaryan və Sarkisyan öz silahdaşlarını bir-birləri ilə döyüşməməyə, yəni hakimiyyətin dəyirmanına su tökməməyə çağırıblar.
Onlar nəsə edə bilərlərmi? Çətin ki. Çünki onların hər biri Ermənistanda yenidən birinci olmaq istəyir. Bir də axı, onun hər ikisi erməni siyasətçisidir. Ermənilərdə isə onlara inam yoxdur.