Polad Bülbüloğlu Lavrovun müavini ilə Qarabağ məsələsini müzakirə edib

09 Sentyabr, 2020 10:52 | Siyasət | Baxış sayı: 33
Polad Bülbüloğlu
Polad Bülbüloğlu

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla regional təhlükəsizlik məsələləri müzakirə edilib.