Dövlət büdcəsindən İlqar Məmmədova 234 min manat ödəndi

09 Sentyabr, 2020 12:46 | Siyasət | Baxış sayı: 107
İlqar Məmmədov
İlqar Məmmədov

Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.

İstiPress-in məlumatına görə, artıq məhkəmənin qərarı icra edilib və İ.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürülüb. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb.

Onunla birgə bəraət alan hüquq müdafiəçisi Rəsul Cəfərova isə 57 min 400 manat ödənilib.