Bu ölkənin vitse-prezidentinə hücum oldu - 10 ölü

09 Sentyabr, 2020 15:05 | Siyasət | Baxış sayı: 29

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində ölkənin vitse-prezidenti Əmrullah Salehi müşayiət edən avtomobil korteji bomba hücumuna məruz qalıb.

İstiPress Əfqanıstanın “TOLO News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, çox sayda adam yaralanıb. Vitse-prezidentin xəsarət almadığı bildirilib.

“Bu gün Əfqanıstanın düşmənləri bir daha Salehə zərər verməyə çalışdılar, lakin qarmaqarışıq planlarını reallaşdıra bilmədilər. Salehə zərər dəymədi”, - deyə vitse-prezidentin sözçüsü Razvan Murad söyləyib.

Məlumata görə, sui-qəsd cəhdi Əmrullah Salehin Pakistan ilə Əfqanıstan-Pakistan sərhədində “Dürand Xətti” adlanan mübahisəli ərazi ilə bağlı müzakirələrə qayıtmaq cəhdindən bir neçə gün sonra həyata keçirilib.