Naxçıvanda ordu həyəcan siqnalı ilə qaldırıldı

09 Sentyabr, 2019 15:14 | Siyasət | Baxış sayı: 205
Əlahiddə Ümumqoşun Ordusunun təlimi
Əlahiddə Ümumqoşun Ordusunun təlimi

Birləşmə və hissələr təlim rayonlarına çıxarılıb

Naxçıvan Qarnizonu qoşunlarında növbəti təlimə start verilib. Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. 

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.